Ötən ilin yüz ən yaxşı futbolçusunun adları açıqlanıb

İngiltərənin “The Guardian” qəzeti ötən ilin 100 ən yaxşı futbolçusunun adlarını açıqlayıb. SİA-nın məlumatına görə, siyahının ilk beşliyində ardıcıl olaraq Kriştianu Ronaldo (“Real Madrid”), Lionel Messi (“Barselona”), Luis Suarez (“Barselona”) , Antuan Qrizman (“Atletiko Madrid”) və Neymar (“Barselona”) qərarlaşıblar. Türk əsilli futbolçulardan ikisi siyahıda yer ala bilib. Onlar Məsud Özil (“Arsenal”, 23-cü yer) və İlkay Gündoğandır (“Mançester Siti”, 85-ci yer). Siyahıda sonuncu yerdə Almaniyanın “Borussiya Dortmund” komandasının fransalı hücumçusu Usman Dembeledir.

Xatırladaq ki, siyahıda futbolçular ötən il çıxış etdikləri klubların oyunçusu kimi göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə