Əvvəlki günlərinə qayıtmaq istəyən və transfer bazarında fəallıq göstərən "Milan" problemlə üzləşib. SİA-nın məlumatına görə, "rossoneri" avqustun 11-ə kimi Leonardo Bonuççi və Lukas Bilyanın transfer qiymətini ödəyə, eyni zamanda onları qeydiyyatdan keçirə bilməyəcək. Buna səbəb klubun UEFA qarşısında maliyyə öhdəlikləri ilə əlaqədardır. Bu barədə "Milan"ın direktoru Marko Fassone məlumat verib.

Bununla da, Bonuççi və Bilya Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Universitati" (Rumıniya) ilə keçiriləcək hər iki oyunu buraxacaq.

İlk qarşılaşma iyulun 27-də, cavab görüşü isə avqustun 3-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə