"Akhisar Bələdiyyəspor" braziliyalı hücumçu transfer edib

Türkiyənin "Akhisar Bələdiyyəspor" klubu növbəti transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, Super Liqa təmsilçisi braziliyalı hücumçu Paulo Enrikeni heyətinə cəlb edib.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Enrike daha öncə də Türkiyədə oynayıb. 2011-ci ildə "Trabzonspor"a transfer olunan forvard Super Liqada 84 matçda meydana çıxıb, 19 qola imza atıb. O, 2013/14 mövsümü bitən kimi Çinin "Şanxay Qrinland" klubuna transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə