Daha iki pilot Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb

"Williams" komandasının pilotu Felipe Massa və "Renault"un pilotu Niko Hulkenberq Formula 1 Azərbaycan Qran-Prisində mübarizəni dayandırıblar. SİA-nın məlumatına görə, N.Hulkenberq qəza, F.Massa isə boliddə texniki nasazlıq yaranması səbəbindən yarışı tərk ediblər.

Qeyd edək ki, yarışda 30 dövrədən sonra lider "Mersedes" komandasının pilotu Luis Hamiltondur. İkinci pillədə “Ferrari”nin pilotu Sebastian Fettel, üçüncü yerdə isə "Red Bull"un pilotu Daniel Rikkardo qərarlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə