Qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşıyıq

Biz sivil balıq ovunun təbliğini dəstəkləyirik. SİA xəbər verir ki, bunu jurnalistlərə, "Sintetik torlarla və qadağan olunmuş ov alətləri ilə balıq ovuna yox deyirik" devizi altında keçirilən aksiyada iştirak edən Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev deyib.

Həvəskar Balıqçılar İttifaqının sədri jurnalistlərə deyib ki, bu tədbirlərin nəticəsi yenə də sivil qaydalarla balıq ovlanmasının vacibliyini ortaya qoyur.
"Biz sivil balıq ovunun təbliğini dəstəkləyirik, qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşıyıq və hər zaman belə aksiyalarda iştirak edəcəyik. İnanın ki, belə təbliğatdan sonra artıq sintetik torları satanlar mallarını piştaxtalardan yığışdırıb, birlikdə bu mübarizəni davam etdirsək, tezliklə nəticə əldə edəcəyik", deyə Əfqan Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...