Formula 1-in keçiriləcəyi günlərdə hava şəraiti necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi günlərdə Bakıda gözlənilən hava şəraiti haqqında ilkin məlumatı açıqlayıb. Departamentdən SİA-ya bildiriblər ki, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13°, gündüz 15-20°, axşam 14° isti olacaq.

Aprelin 27-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun səhər 11-13°, gündüz 17-20°, axşam 15° isti olacağı proqnozlaşdırılır.

Aprelin 28-də yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14°, gündüz 19-23°, axşam 16° isti olacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə