Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən, artıq 29 il keçir. 1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı və müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmış qanlı 20 Yanvar faciəsi istər respublikamızda, istərsə də ölkəmizin hüdudlarında kənarda soydaşlarımız tərəfindən qeyd olunur.

Bakı Slavyan Universitetində Qanlı Yanvarda şəhid olan soydaşlarımızın xatirəsi yad olunub, universitetin foyesində stend hazırlanıb. Stenddə 20 Yanvar hadisələrini əks etdirən fotoşəkillər, Qanlı Yanvar faciəsindən bəhs edən müxtəlif dillərdə yazılmış kitablar sərgilənib.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə