Goranboyda ağacları kəsən şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində diametri 32-34 santimetr olan yaşköküstə iki söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Faxralı kənd sakini Sübhan Alıyev tərəfindən kəsildiyi və təbiətə 650 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və ona 2000 manat məbləğində cərimə tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...