Sabahdan öv mövsümü açıq elan olunacaq RƏSMİ AÇIQLAMA

"Azərbaycanlı ovçuların gözlədiyi ov mövsümü sabahdan rəsmi olaraq açıq elan olunacaq. Davam edəcək ov mövsümü 2019-cu ilin mart ayının 16-a qədər açıq olacaq". SİA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyinə uyğun olaraq ölkəmizdə yalnız ovçuluq bileti olan şəxslərin ov etməsinə icazə verilir: Ovçular naziriyin tərkibində yaradılan komissiya vasitəsilə imtahan verməklə ovçuluq bileti ala bilirlər. Yalnız bundan sonra həmin ovçulara Bank hesabına rüsum ödəməklə heyvan ovuna icazə verilir".

H.Əlizadə söyləyib ki, Azərbaycanda heyvan ovunun həyata keçirilməsinə yalnız şənbə-bazar günləri icazə verilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə