Bu qanun layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə 8 fəsil, 40 maddədən ibarətdir.

Qanun layihəsi əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyi doğuran risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, hazırda qüvvədə olan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun 1992-ci ildə qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...