Xəzərin su bioloji resursları üzrə komissiyanın sessiyası başlayıb

Bu gün Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın 1-ci Təsisedici Hökumətlərarası Sessiyası öz işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanın nümayəndə heyəti ilə yanaşı, Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edirlər.

Sessiyanın gündəliyində yeni Komissiyanın təsisi ilə bağlı Prosedur Qaydaların qəbul edilməsi, Xəzəryanı ölkələr tərəfindən brakonyerliklə birgə mübarizə üzrə əməkdaşlıq protokolunun imzalanması, nərə balığı növlərinin kommersiya ovuna moratorium haqqında Sazişin hazırlanması və s. məsələlərin müzakirəyə qoyulması nəzərdə tutulub.

Sessiya noyabr 23-dək davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə