"Avropa Birliyi Azərbaycandakı islahatları dəstəkləyir" RƏSMİ

"Avropa Birliyi Azərbaycanda həyata keçirilən kadr, struktur, parlament seçkilərini dəstəkləyir". SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Səfiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Mərkəzin nümayəndə heyətinin dekabrın 3-6 dekabr tarixlərində Brüsselə səfəri zamanı Avropa Komissiyasının nümayəndələri ilə keçirilən görüşlərdə Komissiya nümayəndələri Azərbaycanda keçirilən islahatlar haqqında xəbərdar olduqlarını bildirdilər: "Onlar Azərbaycanda islahatların getdiyini bilir və islahatların müsbət nəticə verəcəyini bildirirlər".

Mərkəz sədri qeyd edib ki, Avropa Birliyi çərçivəsində fəaliyyət göstərən mərkəzlər də ölkəmizdə həyata keçirən islahatları dəstəkləyirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə