Erməni polisindən tükürpədici vəhşilik

Ermənistanın insan haqları müdafiəçisi (ombudsmanı) Arman Tatoyan bu günlərdə erməni polisinin qəddarlığını əks etdirən videmateriala münasibət bildirib. SİA xəbər verir ki, bu barədə yazan aysor.am saytına görə, mülki geyimdə olan polislər bir nəfər vətəndaşdan söz almaq üçün onun başına əleyhqaz keçirib, ayaqlarını bağlamaqla rezin dəyənəklə döyüblər.

“Videomaterialdakı fakta görə təxirə salınmadan cinayət işi açmaq lazımdır”, deyən erməni ombudsmanı həmçinin bildirib ki, o hadisə ilə bağlı rəsmi məktub hazırlayaraq onu imzalayıb və müvafiq dairələrə göndərib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...