Paşinyan məhkəmələrə təzyiq edir

Arsen Babayan siyasi məhbusdur və siyasi təqib elementidir. SİA Ermənistana məxsus mətbuat səhifələrdə yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə vəkil Ruben Melikyan Ermənistan Milli Məclisi başçısının keçmiş müavini Arsen Babayanın tutulması faktı ilə bağlı bu gün jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Məlumatda qeyd olunur ki, vəkil istintaq orqanlarından olan həmkarlarının hakimiyyətin nə etmək istədiyi barədə sualını cavablandırmalı olduğunu bildirib.
"Mən başa düşmək istəyirəm ki, Arsen Babayan niyə həbs olunub, niyə ailəsindən ayırıblar? Onu tutulmamalı idilər. Mən onun siyasi məhbus olduğunu, siyasi təqib elementi olduğunu təsdiqləyirəm”, deyə Ruben Melikyan bildirib.
Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti dünən Ermənistan Milli Məclisinin aparat rəhbərinin keçmiş müavini Arsen Babayanı Ermənistan Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayət əməlində şübhəli bilərək saxlayıb. Arsen Babayanın vəkilləri dünən gecə onun tutulmasına etiraz edib.
Media Vəkil təşəbbüsünün rəhbəri, politoloq Aqasi Yenokyan, Arsen Babayanın tutulmasına toxunarkən, belə bir prosesin Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyana əlavə təzyiq kimi dəyərləndirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...