Pens kürdlərin Suriyanın şimal-şərqindən çəkildiyini təsdiqlədi

ABŞ-ın vitse-prezidenti Mayk Pens “Sülh bulağı” əməliyyatı zamanı kürd qoşunlarının türk qoşunları tərəfindən işğal edilmiş Suriya ərazisindən çəkildiyini təsdiqləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o bunu Vaşinqtonda İrs Fondunda çıxışı zamanı bəyan edib.

“Bu gün biz Suriya qüvvələri komandirindən kürdlərin Türkiyə hərbçiləri tərəfindən idarə olunan təhlükəsizlik zonasından çıxarıldığı barədə mesaj aldıq”,- deyə M. Pensi qeyd edib.

Amerikanın vitse-prezidenti Türkiyə ilə daimi bir barışıq bağlanacağını da istisna etməyib. O bu barədə artıq danışıqların aparıldığını vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...