“Qarabağla olan qarşıdurma cəmiyyətdə parçalanma yaradıb”

"Daşnaksyutun"un siyasi məsələlər üzrə təmsilçisi, eləcə də "Hay Dat" ofisinin rəhbəri Kiro Manoyan jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan və "DQR" arasında mövcud olan qarşıdurma cəmiyyətdə parçalanma yaradıb. SİA xəbər verir ki, onun bu sözlərini aysor.am saytı yazıb.

"İndi ya yumurtanın, ya da toyuğun – hansının tez yaranması barədə müzakirə aparmaq istəmirəm, kimin başlatdığı vacib deyil", deyə bildirən Manoyan Vitali Balasanyanın da bəyanatına münasibətini açıqlayaraq qeyd edib ki, bu, iki "respublika" arasındakı ziddiyyətlərə və ağır nəticələrə gətirib-çıxaracaq.

Xatırladaq ki, qondarma "DQR"in saxta "qəhrəmanı" Balasanyan Ermənistan rəhbərliyinə xitabən onların öz hədlərini aşacaqları halda məhv ediləcəklərini bəyan edib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə