Ermənilər tank sürməyi “hərbi təlim” kimi qələmə verirlər VİDEO

Məlum olduğu kimi, iki gündür ki, qondarma "DQR"in separatçı "silahlı qüvvələri" guya 10 min nəfərlik heyətlə hərbi təlim keçirildikləri barədə məlumatlar yayırlar. SİA xəbər verir ki, "aysor"un məlumatına görə, "təlimlərə" 10 min nəfərli hərbi heyətlə yanaşı, 200 artilleriya qurğusu, 150 zirehli texnika, 50-dən çox havada müdafiə sistemi, 400-dən çox avtotexnika cəlb edilib.

Lakin maraqlı və diqqətçəkən məqam budur ki, "təlimlərin" nümayiş olunduğu videogörüntülərdə köhnə tankların və s. zirehli texnikaların yürüşündən başqa heç nə göstərilmir. Görünür, Azərbaycan Silahlı Qüvvələrinin nəhəng hərbi təlimlərinə qarşı öz hərbi "təlimlərini" nümayiş etdirməyə çalışan separatçılar bununla ciddi təlaş keçirdiklərini ört-basdır etməyə çalışırlar. Lakin bununla nə qədər cılız və yararsız "silahlı qüvvələrə" malik olduqlarını özləri təsdiq edirlər – bənzər videoroliklərini ictimailəşdirməklə.

Qeyd edək ki, vodeogörüntülər erməni sosial istifadəçilərin də istehzasına səbəb olub. Onlar xarici rok qrupun "havy metall" sədaları altında bənzər videoroliklərin erməni ictimai rəyinə heç bir təsir göstərmədiyini də ironiya ilə bildiriblər.

Videoya aşağıdakı linkə tıklamaqla baxa bilərsiniz

https://www.aysor.am/ru/news/2019/06/18/%D1%83%D1%87%D0%B5%D0%BD%D0%B8%D1%8F/1576950

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...