Paşinyana qarşı yeni müxalifət partiyası yaradılır BƏYANAT

Ermənistanın “Adekvad” ictimai birliyinin üzvləri bəyan ediblər ki, onlar eyniadlı siyasi müxalifət partiyası yaratmaq qərarına gəliblər. SİA xəbər verir ki, bu barədə aysor.am saytı yazır və qeyd edir ki, təşkilat üzvləri Ermənistanın daxili, xarici, iqtisadi, hərbi siyasətinin məhvə doğru sürükləndiyini bildirirlər. “Ermənistan respublikası ciddi çağırış və probemlərlə toqquşub. Bu daxili və xarici siyasət sferası da daxil olmaqla, sosial, hüquq, iqtisadiyyat və hərbi siyasətə də aiddir”, deyə qeyd edilən bəyanatda vurğulanır ki, sözügedən problemlər günü-gündən dərinləşir. “Fəaliyyətdə olan mövcud siyasi sistem istər bütövlükdə, istərsə də ayrı-ayrı elementləri və strukturları ilə yuxarıda qeyd edilən çağırışlara adekvat cavab vermək reaksiyasını itirib”, deyə sözügedən bəyanatda bildirilir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...