Carlos Maradiaga: "Azərbaycan tolerantlığın hökm sürdüyü məkandır" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan tolerantlığın hökm sürdüyü məkandır. Asiya ölkələrinə çox səyahət etmişəm onların mədəniyyətləri haqqında məlumatlara. Lakin Azərbaycan mədəniyyəti haqqında çox məlumatım olsa da şəhərimizə ilk səfərimdir. Azərbaycanda gördüklərim eşitdiklərini həqiqətən də doğrultdu". Bu fikirləri SİA-ya açıqlamasında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Hondurasdan olan iştirakçısı Carlos Maradiaga deyib.

O bildirib ki, Azərbaycan yüksək mədəniyyətə malik ölkədir: "Forum yüksək səviyyədə təşkil olunub. Burada diqqəti çəkən əsas məsələlərdən biri hər ölkə, din, dil, irqi təmsil edən nümayəndələrin olmasıdır. Hər kəs forumda aparılan müzakirələrdə öz fikirlərini sərbəst şəkildə ifadə edir. Fərqli fərqli ölkələr bir-biri ilə təcrübə mübadiləsi aparır, biri digərindən nəsə öyrənir. Bu, vahid platforma üçün çox mühüm xüsusiyyətdir".

C.Maradiaga qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qarışmasına çox mühüm töhfə verir: "Bakı İpək yolunun üzərində yerləşir. Burada Şərq və Qərb mədəniyyətləri qovuşur. Bu baxımdan Azərbaycanda həm köhnə, həm də müasir mədəniyyəti görmək mümkündür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə