Malik Ayub Sambal: "Forumda aparılan müzakirələr bəşəriyyətin rifahına xidmət edir" AÇIQLAMA-ÖZƏL

"V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm və maraq kəsb edən tədbirdir". Bu fikirləri SİA-ya açıqlamasında Çin Mərkəzi Televiziyasının (CCTV) siyasi şərhçisi Malik Ayub Sambal söyləyib.

Tədbirin Azərbaycan tərəfindən irəli sürülən mühüm təşəbbüs olduğunu deyən forum iştirakçısı söyləyib ki, forum bütün dünyada mövcud olan böhranların həllində aktorları birləşdirmək istiqamətində əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bütün aktorlar, tərəfdaşlar durmadan artan böhranların həlli üçün səylərini birləşdirməlidirlər: "Dünyada münaqişələr artmaqdadır. Bu münaqişələr fəlakətlə nəticələnir, bütün bəşəriyyət üçün böyük təhlükə törədir. Bu günkü tədbirdə sülh istiqamətində aparılan müzakirələr dünyada yüksək qiymətləndirilən və bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə