Müşfiq Ələsgərli: “Müxalifətdaxili toqquşmalar partiyaların parçalanması ilə nəticələnir” RƏY-ÖZƏL

“Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslərin fəaliyyəti anormal qurulub”. Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib. Onun sözlərinə görə, yaranan zaman sensasion açıqlama verirlər: “Ancaq bir-iki ay sonra o qurumlar dağılır. Səbəbi odur ki, bu insanlar vahid ideya ətrafında toplaşmayıblar. Qurumların ömrü o vaxt effekt verir ki, konkret ideya ətrafında birləşsinlər, ideya ətrafında fədakarlıq göstərməyə hazır olsunlar. Amma bu cür qurumlar da, konkret olaraq “Milli Şura”da və başqalarında vahid ideya yoxdur. Onları düşündürən ancaq şəxsi maraqları və ambisiyalarıdır. Həmişə də şəxsi ambisiyaları aralarında dava-dalaş yaradır. Maraqların toqquşması nəticə etibarı ilə partiyaların parçalanması ilə nəticələnir. Demək olar ki, bunların 26 illik taleləri həmişə belə olub. Yəni müxalifət düşərgəsini təmsil edən şəxslər hər il bir qurum yaradırlar, gurultulu vədlər verirlər və sonda da dağılırlar, parçalanıb gedirlər. Onların bu simasını, hərəkətlərini, xarakterlərini xalqda bilir. Ona görə də, müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...