Robert Köçəryanın həbs müddəti uzadılıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddəti uzadılıb. Bu barədə Köçəryanın vəkili Aram Orbelian deyib. “Məhkəmə onun həbs müddətinin 2 ay müddətinə uzadılması barədə qərar verdi. Əlbəttə, biz hesab edirik bu qərar ölkəmizin qanunları ilə ziddiyyət təşkil edir”, - deyə vəkil bildirib.

Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunu zorakı yolla devirməkdə ittiham olunur. Ötən ilin 27 iyulunda sabiq prezidentin həbsi barədə qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə