Elmar Məmmədyarov Urbino Botelho ilə görüşüb FOTO

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb.

Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə