Mərkəz sədri: “Paşinyan heç nədən xəbəri olmayan adamdır" ÖZƏL-MÜNASİBƏT

“Ümumiyyətlə Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm, cəfəng bəyanatlar səsləndirməklə əsl xislətini ortaya qoyur”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Hətta mən misal da göstərmək istərdim. Siz meşədə hansısa heyvanın harasa getməyini qadağan edə bilərsiniz? Hesab edirəm ki, Paşinyanın da Ermənistanda dediklərinə eynilə bu kateqoriyadan yanaşmaq lazımdır. Bu insan nə qayda, qadağan bilir, nə də beynəlxalq hüquq tanımır. Paşinyan heç nədən xəbəri olmayan bir adamdır və boş-boş danışmaqla məşğuldur.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin Silahlı Qüvvələrdə xidmət keçməsi ilə bağlı cəfəng bəyanatına gəlincə demək istərdim ki, bu insan bir az oturub ətrafa diqqətlə baxsa başa düşəcək ki, inşAllah Xankəndinə bayrağ sancan oğul artıq hərbi xidmətdədir. Prezidentimizin oğlu hətta Ermənistanın içində də birdən-birə peyda ola bilər. Ona görə də Paşinyan yatmasın dövlət başçımızın oğlunu Ermənistanın istənilən yerində gözləsin. Bəlkə elə gənc əsgər Heydər Əliyevin xofu bir balaca onu ağıllandırdı”-deyə, M.Əhmədoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə