ABŞ-ın iki siyasətçisi Dağlıq Qarabağa qanunsuz səfər ediblər

ABŞ-ın Kaliforniya ştatının senatoru Antoni Partantino və Qlendeyl şəhərinin meri Zare Sinanyan Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə gəliblər. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, onlar qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Görüşdə əsas müzakirə mövzusu Qarabağla Kaliforniya arasında əlaqələrin artırılması məsələsi olub.

Qeyd edək ki, Antoni Partantino 2016-cı ildən etibarən Azərbaycan Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısındadır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə