"Məqsədimiz münaqişə tərəflərinin razılıq əldə etməsi üçün onlara dəstək verməkdir"

"Rəsmi mövqeyimiz çox aydındır və hamıya bəllidir. Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk qrupu prizmasından baxırıq. Məqsədimiz münaqişə tərəflərinin razılıq əldə etməsi üçün onlara dəstək verməkdir". SİA xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov avqustun 20-də keçirdiyi mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, hazırda danışıqlar prosesində tərəflərin bir-biri ilə tanış olması üçün müəyyən addımlar atılır.

Bütün xəbərlər Facebook səhifəmizdə