“Paşinyanın hədəfi böyütməyə gücü çatmadı” MÖVQE

“Nikol Paşinyan növbədənkənar parlament seçkisi öncəsi “Qarabağ klanını” zəiflətmək xəttini götürməklə doğru strategiya seçdi. Ancaq hədəfi böyütməyə gücü çatmadı”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini dəyişmək istəyi Moskvanın müqavimətiylə üzləşdi, üstəgəl məhkəmə eks-prezident Robert Köçəryanı da azad etdi: “Bundan sonra “Qarabağ klanı” və Ermənistandakı ruspərəst qüvvələr Paşinyana qarşı birləşəcəklər, lider axtarışında səssiz Serj Sərkisyanın fonunda Robert Köçəryanı seçə bilərlər”.

Qeyd edək ki, ötən gün Ermənistanın ikinci prezidenti Robert Köçəryan azadlığa buraxılıb. Bununla bağlı Apellyasiya Məhkəməsi qərar verib. Aleksandr Azaryanın hakimliyi ilə keçirilən məhkəmə prosesinin üçüncü günündə məhkəmə şikayəti təmin edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə