Yunus Oğuz: "Vaxtilə prezidentin yardımından yararlananların etiraz etməsi ədalətsizlikdir" AÇIQLAMA-ÖZƏL - SƏS TV

“Azərbaycan Prezidenti İlham Əliyevin qəzetlərə birdəfəlik yardımın ayrılması ilə bağlı imzaladığı sərəncama narazılıq edənlərə də vaxtilə yardım alıb və onlar gündəlik çıxan qəzetlərinin xərclərinin nə qədər olduğunu və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan ayrılan pulun qəzetlərin tam xərcini ödəmədiyini yaxşı bilirlər”. Bu fikirləri SİA-ya açıqlamasında “Olaylar”qəzetinin baş redaktoru Yunus Oğuz deyib.

Etiraz edənlərin ədalətsiz olduğunu deyən baş redaktor söyləyib ki, gündəlik çıxan çap qəzetlərinin daim yenilənməyə, maddi-texniki bazalarının möhkəmləndirilməsinə ehtiyacı var: “Bu baxımdan səslənən fikirlər "mənə çatmırsa, qoy bunun əleyhinə gedim" prisinpi ilə deyilməsini düzgün hesab etmirəm. Çünki həmin şəxslər də media işçiləridirlər. Düşünürəm ki, narazı olanların sırasında vaxtilə dövlət başçısının yardımını alanlar bu cür vasitələrlə gündəmdə qalmaq istəyirlər. Onlar özlərini “ədalətli” mövqe tutduqlarını göstərməyə çalışırlar”.

Y.Oğuz qeyd edib ki, ölkə başçısı tərəfindən imzalanan sərəncam çap mediası üçün mühüm əhəmiyyət kəsb edir: “Yay mövsümü olduğu üçün çap mediasının satışı faktiki olaraq 2 ay müddətində dayanır. Amma buna baxmayaraq, hər gün qəzetlər çap olunmalı, gündəmdə olmalıdırlar. Bu baxımdan Dövlət başçısı tərəfindən qəzetlərə yardımla bağlı sərəncamına narazılıq edənlərin mövqeyini haqsız hesab edirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev milli mətbuatın yaranmasının 143-cü ildönümü ərəfəsində nəşr olunan qəzetlərə maddi yardım edilməsi ilə əlaqədar Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1 milyon manat ayrılıb. Amma təəssüf ki, "Media Klubu" adlı qurum və onun təmsilçiləri, xüsusilə Elçin Şıxlı, Arif Əliyev dövlətin çap mediasına ayırdığı maddi yardıma ehtiyacın olmadığını, hətta qəzetlərin fəaliyyətlərinin dayandırılmasını iddia edirlər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...