Ermənistan ordusu təlimlər keçirib

Ermənistan ordusu Azərbaycanın işğal alıtndakı Dağlıq Qarabağ torpaqlarında təlimlər həyata keçirib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, təlimlər separatçı rejimin “müdafiə naziri” Levon Mnatsakanyanın başçılığı altında baş tutub.

Təlimlərdə ağır artilleriya zərbələrindən müdafiə, uyğun döyüş mövqeyi seçilməklə itirilmiş mövqelərin əks-hücumla geri qaytarılması ssenarisi yoxlanılıb. Bu zaman tank və artilleriya qurğularından aktiv isitfadə olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə