AKP-nin deputat olmağa namizədlərinin açıqlanacağı vaxt dəyişdirilib

Ədalət və İnkişaf Partiyasının ( AKP) deputat olmağa namizədlərinin açıqlanacağı vaxt dəyişdirilib. SİA Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyədə 24 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində AKP-ni təmsil edəcək namizədlərin adı 24 may açıqlanacaq. Qeyd edək ki, ilk olaraq AKP namizədlərini 25 may tarixində açıqlayacağını elan etmişdi.

Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi komissiyanın qərarı ilə müəyyənləşdiriləcək namizədlərin siyahısı 21 may tarixində YSK-ya təqdim olunacaq. Namizədlərin cümə günü ictimaiyyətə təqdim olunacağı gözlənilir. Təqdimat proqramına Rəcəb Tayyib Ərdoğanla birlikdə Türkiyənin baş naziri Binəli Yıldırım da qatılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə