Ermənistanda polis 30 etirazçını həbs edib

Yerevanda sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə qarşı çıxan aksiya iştirakçıları ilə polis arasında qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. SİA-nın verdiyi məlumata görə, bunu müxalif "Vətəndaş müqaviləsi" partiyasının lideri, deputat Nikol Paşinyan deyib.

O, saxlanılan şəxslərin qohumlarını və dostlarını polis idarəsinə deyil, küçələrə çıxmağa səsləyib.

Polis etirazçıların saxlanması barədə məlumatı təsdiqləyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə