Putin və Ruhani telefonda nəyi müzakirə etdi?

Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. SİA-nın verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Məlumata əsasən, liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər.

Tərəflər bildiriblər ki, ABŞ və müttəfiqlərinin raket zərbəsi Suriya böhranının siyasi yolla həlli perspektivinə ciddi şəkildə zərbə vurur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə