"Azərbaycan Malayziya üçün Qafqaz regionunda və İslam dünyasında əhəmiyyətli partnyordur"

Azərbaycan Malayziya üçün Qafqaz regionunda və İslam dünyasında əhəmiyyətli partnyordur.

SİA-nın verdiyi məlumata görə, bunu Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahman “Caspian Energy” jurnalına müsahibəsində deyib.

Diplomat qeyd edib ki, Azərbaycan coğrafi baxımdan Malayziyadan uzaq olsa da, bu amil iki ölkənin şirkətlərinin faəl əməkdaşlığına və investisiya qoyuluşuna mane olmur. Bu gün “Petronas” şirkətinin Azərbaycana yatırdığı investisiyası 4 milyard dolları keçib.

Onun sözlərinə görə, səfirliyin rəsmən 2014-cü ilin aprelində təsis olunmasına baxmayaraq, əlaqələrin inkişafının əsası həmin vaxt Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana səfəri və Malayziya neft şirkətinin “Şah Dəniz” layihəsinə qoşulması ilə qoyulub.

“Bu gün Azərbaycan öz iqtisadiyyatını diversifikasiya edir və Malayziya iqtisadiyyatın bütün sahələrində böyük təcrübəyə sahib olduğu üçün strateji partnyor ola bilər”, - deyə səfir vurğulayıb. Bakı-Tbilisi-Qars marşrutunun perspektivlərinə toxunan səfir bunun qonşu dövlətlər üçün geniş imkanlar açan olduqca mühüm və uzunmüddətli layihə olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...