Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi münasibətilə medal təsis edilib. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Layihə səsə qoyularaq qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə