Ziyafət Əsgərov: "Bakı-Astara dəmir yolu xətti köçürülsün"

“2018-ci ilin dövlət büdcəsi iqtisadi risklər nəzərə alınaraq tərtib olunub və təmkinli büdcədir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Dövlət büdcəsini elmi tədqiqat əsəri adlandıran Z.Əsgərov söyləyib ki, müxtəlif sahələri balanslaşdırmaq çox çətin olsa da, hökumət bu işin öhdəsindən gələ bilir.

Çıxışı zamanı Bakı-Astara dəmir yolu xəttinin köçürüməsi təklifi ilə çıxış edən Z.Əsgərov söyləyib ki, sözügedən dəmiryolu birbaşa dəniz sahilindən keçir və dənizə çıxışı bağlayır: “Suyun qabarma dövründə dəmiryolunun fundamenti yuyulur və belə olan halda, dəmiryolu korlanır. Düzdür, dəmiryolu təmir olunur. Lakin bu çıxış yolu demək deyil. Bu yolun köçürülməsi dənizkənarı infrasturukturun inkişafına böyük töhfə olar, eyni zamanda dəmiryolunun sürətini arıtırar və saha səmərəli fəaliyyətinə təsir edə bilər. Şimal-Cənub dəhlizi bir ildən sonra istifadəyə veriləcək. Bundan sonra onun köçürülməsi çətin olacaq. Çünki yük daşımaları çoxaldıqda köçürülməsi prosesi çətinləşəcək”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə