"Hərbi məktəblərdə oxuyan qaçqın və məcburi köçkün uşaqların sayı 30 dəfə artıb"

"Beş il ərzində hərbi məktəblərdə oxuyan qaçqın və məcburi köçkün uşaqların sayı 30 dəfə artıb". SİA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı" kitabının və "Böyük Qayıdışın başlanğıcı" filminin təqdimatında çıxışında söyləyib.

Baş nazirin müavini deyib ki, 5 il əvvəl prezident İlham Əliyevin tapşırığı ilə qaçqın və məcburi köçkün uşaqların hərbi təhsilə cəlb edilməsi ilə bağlı müşavirə keçirilib: "Bu müşavirənin nəticəsi artıq ortadadır. Onu da nəzərə çatdırım ki, aprel döyüşlərində torpaqların azad edilməsində iştirak edənlərin mütləq əksəriyyəti məcburi köçkün zabitlər, əsgərlər olub. Bu gün də cəbhə bölgəsində hər 3 korpusun komandiri məcburi köçkündür".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə