Deputatımız BMT Baş Məclisinin xüsusi sessiyasına qatılacaq

İyulun 19-da Nyu-Yorkda BMT Baş Məclisinin xüsusi sessiyası keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, sessiyada Milli Məclisin deputatı Məlahət İbrahimqızı iştirak edəcək.

Tədbirdə bir sıra ölkələrin, ö cümlədən Azərbaycan Hökumətinin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə bağlı hesabatı dinləniləcək, bu barədə müzakirələr aparılacaqdır.

Səfər iyulun 22-də başa çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə