Bakıda külək dayanacağı dağıtdı

İki gündür ölkəmizdə əsən şiddətli külək paytaxtın bəzi yerlərdə dayanacaqlara da ciddi ziyan vurub. SİA-nın verdiyi məlumata görə Bakının Səbail rayonunda Yeni Salyan şosesində yerləşdirilən dayanacaqlardan biri küləyin təsirindən dağılıb. Xoşbəxtlikdən dayanacaq aşan zaman hadisə yerində heç kim olmayıb.

Qeyd edək ki, iki gündür əsən güclü küləyin təsiri ilə paytaxtın bəzi hissələrində reklam lövhələri, plakatlar aşıb, hətta dayanacaqlar yararsız hala düşüb.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə