Axtarışda olan 47 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 114 cinayət faktı qeydə alınıb, onların 22-si "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

SİA-nın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 47 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə