Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
SİA-nın verdiyi məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi düzəldilmiş yerdə 865 ədəd yanıcı maddə olan torpil, 8 ədəd fişəng və 100 qutu pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə