Şəmkirdə “Hyunday” aşdı 4 nəfər xəsarət aldı

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən idarəetməni itirən “Hyundai-Santafe" markalı avtomobilin sürücüsü maşını aşırıb.

Nəticədə avtomobildə olan Bilal Qəmbərov, Səbuhi Hüseynov, Elvin Quliyev və Əkbər İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə