Meksika Azərbaycanla dənizçilik sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçirir

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovla görüşüb.

SİA-nın məlumatına görə, Q.Qurbanov Agentliyin funksiyaları, onun ikitərəfli və çoxtərəfli əlaqələri haqqında məlumat verib. Eyni zamanda, Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində Agentliyin fəaliyyətinə toxunub. Bu xüsusda, səfir Labardini ikitərəfli və BDT çərçivəsində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd edib. Həmçinin beynəlxalq tədbirlər zamanı üçüncü ölkələrdə hər iki ölkənin müvafiq rəsmiləri arasında görüşlərin mümkünlüyünü vurğulayıb. Diplomat Meksika limanlarının rolunu və dənizçilik sektorunun bir sıra mühüm göstəricilərini önə çəkib. Eyni zamanda, məlumat verib ki, Meksika Sakit və Atlantik okeanlarına çıxışı olan yüksək səviyyəli liman şəbəkəsinə malikdir. Bundan əlavə, əməliyyat qabiliyyəti 98 milyon tona çatacaq yeni Verakruz limanının imkanlarını qeyd edib.

Tərəflər Meksika ilə Azərbaycanın əsas dənizçilik idarələri arasında əlaqələri davam etdirmək, müvafiq hüquqi bazanın möhkəmlənməsinə töhfə vermək və sektor üzrə əməkdaşlıq perspektivlərini genişləndirməyə dair

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...