Azərbaycan elektrik enerjinin istehsalını 6% artırıb

Azərbaycanda bu ilin birinci yarısında 12 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6% çoxdur. SİA xəbər verir ki, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-iyun aylarında 11,55 mlrd. kVt-saat təşkil edib (5,8%-lik artım).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 10,61 mlrd. kVt-saat istilik (7,1%-lik artım), 859 mln kVt-saat su elektrik (12,9%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin istehsalı isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə