Birinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə cəmi əməkhaqqı fondu 16,2 faiz, o cümlədən qeyri-neft sektorunun özəl bölməsində 20 faiz artıb. SİA xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.

O qeyd edib ki, minimum əməkhaqqının artımı çıxılmaqla qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 19,2 faiz artıb. Bundan başqa, muzdlu işçi sayının "ağarması" prosesləri şəraitində cari ilin 4 ayında ötən ilin eyni dövrü ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmanın həcmi 16,8 faiz, bu zaman qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 17,7 faiz çoxalıb. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 65,1 faiz, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 90,1 faiz artıb. Bu təşkilatların cəmi daxilolmada xüsusi çəkisi 63,9 faizdən 73,6 faizə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...