Qida məhsullarının istehsalında 5,1 faiz azalma müşahidə olunub

Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə bu ilin ilk 4 ayında tütün məmulatlarının istehsalında 2,7 dəfə artım, içki istehsalında 3,6 faiz, qida məhsullarının istehsalında 5,1 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya bildirilib ki, bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 5,5 faiz, cem və marmeladların istehsalı 1,3 faiz, brendi (konyak) istehsalı 4,1 dəfə, üzüm şərabı istehsalı 24,6 faiz, alkoqolsuz içkilərin istehsalı 3,7 faiz artıb, duru bitki yağlarının istehsalı 12,2 faiz, qənd və şəkər tozu istehsalı isə 85,3 faiz azalıb

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...