“YARAT” da yeni tamaşa nümayiş olunacaq

Noyabrın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində Jan Jenenin məşhur “Qulluqçu” pyesi əsasında Raulə Turkkanın quruluşunda səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək. SİA-nın məlumatına görə, tamaşada iki bacının həyatından bəhs olunur. Qulluqçular – Solanj və Kler bacıları öz acı talelərinin öhdəsindən gəlməyə çalışırlar. Onlar, öz sahibələrinə qulluq etməkdən yorulublar və həyatlarının qalan hissəsini mətbəxdə keçirmək istəmirlər. Bacılar təkcə öz işlərinə, sahibləri “Madam”a deyil, həm də bir-birlərinə nifrət edirlər. Öz talelərinə nifrət edən qulluqçular, “Madam”ı və ya bir-birlərini “oynamaqla”, bu oyunda öz talelərinin öhdəsindən gəlməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə