"Milli Yaylaq Festivalından böyük zövq aldım" - Rəşad Məcid

"Gədəbəydə heç olmamışam. Bir dəfə -2009-cu ildə Qazaxda gənclərin bir seminarına dəvət olunmuşdum. Düşünürdüm qayıdanda gedərəm Gədəbəyə, yağış imkan vermədi. İkinci dəfə 2017-də “ Bilik” Fondu Şəmkirdə mənimlə imza günü və görüş təşkil etmişdi, arzuladım, vaxt darlığından alınmadı. BU dəfə gədəbəydə keçirilən Milli Yaylaq Festivalında iştirak etdim. Olduqca gözəl təşkil olunmuşdu və böyük zövq aldım". SİA-nın məlumatına görə, bu fikirləri tanınmış ziyalı, yazıçı-publisist Rəşad Məcid deyib.

O, əlavə edib ki, Festival Gədəbəyin füsünkar təbiətinin təbliği baxımından faydalı, minlərlə insanı maraqlandırmaq, milli duyğulara, ilkinliyə qaytarmaq, xoş ünsiyyət yaratmaq baxımından xeyirxah hadisə idi: " Hər il, daha geniş və əhatəli, davamlı keçirmək lazımdır. Bütün zəhməti olanlara bol təşəkkür düşür. Həm də dərin məna, bir etiraz, üsyan var yaylaq sevgisində. Qloballaşmaya, qlobal istiləşməyə, manqurtlaşmaya gizlin bir etiraz var. İki dəfə İssık-kulda, Tyanşan dağlarının ətəyində -Qırçında Köçəri Oyunları yarışlarını izləmişəm.Bu ideyanı qırğızlar başlayıb, 3 dəfə beynəlxalq səviyyəli yarış keçiriblər. Avropa və Olimpiya Oyunlarına alternativ yarış yaradıblar. Gələn il Türkiyədə olacaq. Gədəbəy Yaylaq Festivalı həm də bu oyunlara hazırlıqdı yəqin ki...".

Bütün xəbərlər Facebook səhifəmizdə