Bakıda bir ilk... - Özəl- Açıqlama

"Bildiyiniz kimi, Mədəniyyət Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və “Auction Baku” MMC-nin təşkilatçılığı ilə ilk dəfə olaraq incəsənət əsərlərinin auksionu keçirildi. Auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək məqsədi ilə həyəta keçirildi".

Bu sözləri SİA-ya özəl açıqlamasında Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirib. Qalereya rəhbəri əlavə edib ki, Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Genadiy Brijatyuk, Zakir Hüseynov, Tofiq Cavadov, İlham Mirzeyev, Mirazər Abdullayev, Mahmud Rüstəmov, Aslan Rüstəmov kimi rəssamların əsərləri, “İnqermandland” adlı I Pyotr dövrünə aid döyüş gəmisi maketi auksiona çıxarılıb: " Auksionda rəssam Mahmud Rüstəmovun ilkin qiyməti 500 manat olan “Yarpaqlar” tablosu hərraca çıxarılaraq 1000 manata satıldı. Aslan Rüstəmovun “Bahar 2015” əsəri 2200 manata, Mirazər Abdullayevin “Sürət” əsəri 3300 manata, Şamil Cəfərovun “İnqermandland” gəmisi 1300 manata alıcısını tapdı. İlk auksionda ümumilikdə beş lot satıldı. Ən bahalı lot Mirazər Abdullayevin “Sürət” əsəri oldu. Bu auksion Bakıda ilk dəfə keçirildi və davam edəcək".

Qalib Qasımov əlavə edib ki, satıla bilməyən əsərlər növbəti dəfə yenidən auksiona çıxarılacaq və bu dəfə qiymətlərdə fərq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...