Əməkdar artist, tanınmış pianoçu, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Nyu-Yorkun Müqəddəs Mark kilsəsində (Saint Mark's Church) çıxış edəcək. Konsert fevralın 17-də təşkil olunacaq. SİA-nın məlumatına görə, konsertdə Afroamerika bəstəkarlarının əsərləri səsləndiriləcək.
Konsertdə həmçinin, Gizem Yucel (skripka), Şenika Con Cordan (soprano) və Sterlinq Elliot (violonçel) çıxış edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB