Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Ümumdünya Konfransı Bakıda keçiriləcək FOTOLAR

Mədəniyyət naziri Əbülfəs Qarayev Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higginsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA-nın məlumatın görə, görüşdə eyni zamanda tərəfdaş qurum kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov da iştirak edib.

Nazir qonaqları salamlayaraq Ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamının (2008), Azərbaycan aşıq sənətinin (2009), Tar və onun ifaçılıq sənətinin (2012) YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini qeyd edib.

Eyni zamanda Əbülfəs Qarayev Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin edilməsi məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə hər il Üzeyir Hacıbəyli Musiqi Festivalı, Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlərin keçirilməsi haqqında məlumat vermiş və bu kimi tədbirlərin beynəlxalq miqyasda təbliğində fəallığının vacibliyini diqqətə çatdırıb.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və cənab Li Higgins səmimi qəbula görə nazirə öz təşəkkürlərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...